TOP 10

Ayaz oynamadı, “Spartak” yenə xal itirdi

Dünya Futbolu
Tarix: 2019-10-20 15:11

Futbol üzrə Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb.


Sözügedən kollektiv doğma meydanda “Rubin”lə üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.


Ayaz bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.


“Spartak” 13 turdan sonra 15 xalla 16 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

15 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB