TOP 10

APOEL-in baş məşqçisi: "İndi “Qarabağ”la oyunu fikirləşmirəm..."

Futbol
Tarix: 2019-10-20 14:47

APOEL-in baş məşqçisi Tomas Doll dünən Kipr çempionatında hesabat turunda “Doha” üzərindəki qələbəni (2:0) şərh edib. Sport24.az xəbər verir ki, almaniyalı mütəxəssis Avropa Liqasının növbəti turunda "Qarabağ"la Bakıya səfər ərəfəsində matçda göstərdikləri oyundan daha çox nəticədən razı qalıb: "Bu, ən yaxşı oyunumuz olmasa da, üç xal qazandıq. Futbolçular xoş təsir bağışladı, topa nəzarət edə bildi. Ancaq sürət aşağı, asan top itkilərimiz, səhvlərimiz oldu. İkinci qol bizə hədiyyə verildi, bununla oyun bitdi”.

 

Doll daya yaxşı oynamalı olduqlarını sayır: "İndi “Qarabağ”la qarşıdakı oyunu fikirləşmirəm. Öz beynimdə bu matçı bitirməliyəm. Hələ ki, komanda düşündüyüm futbolu oynamır. Düzdür, hamı məsuliyyəti baş məşqçinin üzərinə qoyur. Bu, mənim uçun problem deyil. Bəzi futbolçular yaxşı çıxış etməlidirlər”.

 

Xatırladaq ki, "Qarabağ" - APOEL matçı aprelin 24-də Bakı vaxtilə saat 20:55-da keçiriləcək. 

 
11 Noyabr 2019
10 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB