TOP 10

Turabovun komandası səfərdən 1 xalla döndü

Dünya Futbolu
Tarix: 2019-10-20 13:03

Futbol üzrə Albaniya çempionatında 8-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi “Biliş” də növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv səfərdə “Luftetari” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.


Eltun bu görüşün iştirakçısı olmayıb. Zədədən yeni qayıdan futbolçumuz bu oyunu ehtiyat oyunçular skamyasından izləyib.


“Biliş” 8 turdan sonra 13 xalla 10 komanda arasında 4-cü pillədə qərarlaşıb.


Xatırladaq ki, Albaniya klubu Turabovu "Sabah"dan icarəyə götürüb.

11 Noyabr 2019
10 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB