TOP 10

"40+ Liqa"da 6-cı həftə: Lider potensial liderə qarşı

Futbol
Tarix: 2019-10-20 11:20

Bu gün "40+ Liqa"da VI turun matçları keçiriləcək. Sport24.az xəbər verir ki, tur liderlə potensial liderin qarşılaşmasıyla başlayacaq.

 

Məlumdu ki, bu liqada hələ ki yüzfaizli nəticə göstərən yeganə komanda məhz "Keşlə"di. Sadəcə, bu komanda 2 matç az keçirdiyinə görə 1-ci pillədə olan "Veteranlar"dan geri qalır.

 

Turnir cədvəlində 2-ci pillədə olan "Pioner Arena" autsayder "BravoDent"lə görüşəcək. Futzalçılardan ibarət yığma qalib gəlməklə çempionluq mübarizəsində iddiaısnı sürdürmək fikrindədi.

 

"Sport24.az"ı bu dəfə "Qardaşlar"la sınaq gözləyir. Saytımızın komandası qalib gələrsə, bu rəqibi keçərək turnir cədvəlində irəliləmək imkanı qazanacaq.

 

Nəhayət, günə "Old Starts"ı son pillənin sahibi "Baktelekom"la dueli ilə yekun vurulacaq. İlk xalını yalnız ötən tur qazanan "Baktelekom" bu dəfə ilk qələsəbini qazanarsa, rəqibinə çatmış və nəhayət, son pillədən qurtulmuş olacaq. 

 

 

"40+ Liqa", VI tur

 

14:00. "Keşlə" - "Veteranlar"

 

15:00. "BravoDent" - "Pioner Arena"

 

16:00. "Qardaşlar" - "Sport24.az"

 

17:00. "Old Stars" - "Baktelekom"

 

1. Veteranlar      5 4 1 0 45-17  13
2. Pioner Arena  4 3 1 0 26-7   10
3. Keşlə               3 3 0 0 29-14   9
4. Qardaşlar       5 2 0 3 24-49   6
5. Old Stars        4 1 1 2 22-21   4
6. Sport24.az     5 1 1 3 18-27   4
7. BravoDent      5 1 1 3 15-28  4
8. Baktelekom   5 0 1 4 26-42   1

 

Bombardirlər: Paşa Əliyev ("Keşlə") - 13 qol, Əkbər Əlizadə ("Baktelekom") - 12 qol

19 Noyabr 2019
18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB