TOP 10

Əfran İsmayılov: "Qəbələ"nin "Qarabağ"dan xal alması çempionatımızın ağır keçməsindən xəbər verir"

Futbol
Tarix: 2019-10-20 10:41

"Erkən qol vurduq, sonra yenə şanslarımız oldu. 2, 3 və hətta 4 qol da vura bilərdik. Sona yaxın yorulduq. Zədələnmələr, oyunçu dəyişiklikləri ola bilər ki, mənfi təsir etdi". Sport24.az xəbər verir ki, bunu "Keşlə"nin futbolçusu Əfran İsmayılov evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra deyib.

 

Bərabərliyə üzülməyən İsmayılov ümumi götürdükdə bu günə kimi yaxşı formada olduqlarını sayır: "Bəzən belə də alınır. Hər matçı mükəmməl keçirmək də mümkün deyil. Baş məşqçinin dediyi kimi, belə oyunlar hələ çox olacaq. "Qəbələ" ilə görüş bəlkə bundan da ağır olacaq. Ona görə heç kim kənardan çempionata asan baxmasın. Çətin çempionatdı. Düzdür, son dəqiqələrdə qol buraxaraq 2 xal itirdik. Amma digər tərəfdən, xallarımızın üstünə xal gəldi. Bu matçı unudub, "Qəbələ" ilə növbəti görüş barədə düşünmək lazımdı".

 

31 yaşlı futbolçu "Qəbələ"nin "Qarabağ"la 1:1 hesablı heç-heçə etdiyi turun açılış matçı barədə də danışıb: "Qəbələ"nin "Qarabağ"dan xal alması çempionatımızın ağır keçməsindən xəbər verir. Həqiqətən də gözlənilməz nəticə idi. "Qəbələ"də çox dəyişiklik olsa da, sübut etdi ki, futbol oynaya bilir. İndi bizi onlarla oyun gözləyir. Bu gün də sona yaxın müdafiəyə çox qapandıq və həddən artıq yükləndik. Bu, yorğunluğa gətirib çıxardı, nəticədə də qol buraxdıq. Bəlkə də, ədalətli nəticə heç-heçə idi".

 

İsmayılov öz çıxışını da dəyərləndirib: "Hələ tam hazır deyiləm. Yavaş-yavaş formaya düşməyə çalışıram. Demək olar ki, 70 faiz özümü toparlamışam. Getdikcə daha yaxşı olacağam".

 

11 Noyabr 2019
10 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB