TOP 10

"Keşlə"nin qolunun müəllifi: "Bütün əsgərlər üçün hərbi salam verdim"

Futbol
Tarix: 2019-10-20 10:00

"Bu gün hamı bilir ki, “Qarabağ” digər komandalardan güclüdü. Futbolçularının keyfiyyəti, tutduğu yer bunu göstərir. Bu baxımdan “Qarabağ”dan hamı səviyyə fərqinə görə geridi. Digər komandalar isə eyni səviyyədədi. Deyərdim ki, 7 klub Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparır". Sport24.az xəbər verir ki, bunu "Keşlə"nin futbolçusu  Vüsal İsgəndərli evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra deyib.

 

Komandasının qolunu vuran 24 yaşlı yarınnüdafiəçisi digər məqamlardan, o cümlədən verdiyi əsgər salamından da danışıb.

 

- Qələbə hesabını sona qədər qoruya bilməməyiniz nədən qaynaqlandı?
- Oyunun çətin keçəcəyini bilirdik. Vurduğum qol istəyirdim ki, bizə qələbə qazandırsın. Qismət belə imiş, gələn matçlarda qalib gələrik. Bir xal da pis nəticə sayılmamalıdı. “Qəbələ” ilə oyuna ciddi hazırlaşıb, üç xal götürməliyik.

 

- Vurduğun qoldan sonra əsgər salamı verdin. Bunu Türkiyə ordusuna dəstək üçün etdin?
- Biz Azərbaycan türküyük. Türkiyə ordusu hazırda əməliyyatdadı. Həm onlara görə belə etdim, həm də öz əsgərlərimiz var, cəbhə xəttində bizi qoruyurlar. Onları da düşündüm və yaxın dostum əsgərdir. Bütün əsgərlər üçün hərbi salam verdim. Allah hamısını qorusun!

 

- Çoxlu qol şansları qaçırdın. Bir xala razı olmağın qəribə gəlir...
- Oyunu analiz etməyə vaxtımız olacaq. Bizm də, “Sabah”ın da epizodları var idi. Bir az ustalığı artırsaydıq, ikincini vura bilərdik. Ruslan Qurbanovla Sezar Meza Kollinin zədəsi var idi. Həftə ərzində qrip ola-ola məşq eləmişəm. Ona görə də bu gün oynamaq mənim üçün də ağır idi. Bir xal da pis deyil. Son saniyələrdə qol buraxmağımız üzücü gəlir.

 

- Növbəti rəqibiniz “Qəbələ” “Qarabağ”ı büdrətdi...
- “Qəbələ” mübariz komandadır. Narahat deyilik. Öz oyunumuzu göstərib, 3 xal qazanmağa çalışacağıq.

19 Noyabr 2019
18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB