TOP 10

Ozan Can Kökçü baş məşqçisinin ondan narazılığını haqlı sayır: "Bu gün mənə görə də oyunda deyildim"

Futbol
Tarix: 2019-10-20 09:51

"Sabah"ın futbolçusu Ozan Can Kökçü səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra müsahibə verib. Sport24.az xəbər verir ki, gənc yarımmüdafiəçi əvvəlcə görüşü haqda fikirlərini bölüşüb.

 

- Bərabərlik qolumuz son dəqiqələrdə gəldi. Burdan ən azı bir xalla ayrılmalı idik. Bunu da etdik. Çətin oyun old".

 

- “Sabah”ın oyunu alınmadı. Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasiləni dəyərləndirə bilmədiniz?

- Bunu bilmirəm. Çünki U-21 millisində idim. Baş məşqçinin və futbolçularımızın yaxşı hazırlaşdıqlarını düşünürəm. Kimsənin şübhəsi olmasın. 100 faiz gücümüzlə çalışırıq. Artıq üç xal qazanmaq vaxtıdı.

 

- Üç xal üçün “Sabah”a nə lazımdır?

- Bunu demək mənə uyğun olmaz. Bir şeyi bilərəm ki, əlimizdən gələni edib, gözəl oyun nümayiş etdirəcəyik. Belə olsa, üç xal da gələcək.

 

- Baş məşqçi səndən narazı görünürdü. Öz oyunundan razısan?

- Haqlı olduğunu düşünürəm. Çünki bu gün mənə görə də oyunda deyildim. Öz oyunumu göstərə bilmədim. “Keşlə” yaxşı qapanmışdı. Bu da mənə çətin oldu. Öz oyunumu göstərə bilmədim. Son zamanlar bir az çox çıxış edirəm. Həm U-21 yığmasında, həm də “Sabah”da oynadım. Bəlkə də, yorğunluq ola bilər. Sən futbolçusan və nə qədər lazımdırsa, o qədər də oynamalısan. Bu gün öz performansımdan razı qalmadım. Baş məşqçi narazı olmaqda haqlıdır. Çalışacağam ki, daha gözəl oynayım.

11 Noyabr 2019
10 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB