TOP 10

Novruzovun komandası “Zimbru”ya divan tutdu

Dünya Futbolu
Tarix: 2019-10-20 10:11

Futbol üzrə Moldova çempionatında 25-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.
 

Sözügedən kollektiv doğma meydanda “Zimbru” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:0.


Nurlan da bu oyunun iştirakçısı olub. Azərbaycanlı futbolçu 83-cü dəqiqədə meydana buraxılıb.


“Dinamo-Avto” 25 oyuna topladığı 34 xalla 8 komanda arasında 5-ci pillədə qərarlaşıb.

11 Noyabr 2019
10 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB