TOP 10

Tərlan Əhmədov futbolçu tapa bilmir - “Ədalətli nəticədi”

Futbol
Tarix: 2019-10-19 21:30

Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində keçirilən və 1:1 hesabı ilə başa çatan “Keşlə” – “Sabah” görüşündən sonra meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.


-    Dünənki Müstəqillik günü münasibəti ilə bütün xalqımızı təbrik edirəm. Görünür rəqib bizi yaxşı təhlil etmişdi ki, müdafiəyə çəkilməli olduq. Buna baxmayaraq, bir neçə qol epizodu yaratdıq. Fərqlənə bilmədik, sonda qol buraxdıq. Hesab edirəm ki, ədalətli nəticə idi. Ancaq hər iki tərəf istifadə edə bilsəydi, məncə, bolqollu futbol görərdik. Ehtiyat skamyamız qısadı, oyunu gücləndirə biləcək futbolçu tapa bilmirəm. Bu şikayət deyil. 


-    Ruslan Qurbanovun zədəsi nə yerdədi?
-    Bunu həkimlər deyəcək. Fikrimcə, süni ot örtüyü problem yaratdı. 


-    İlk yarıda topa nəzarət etsəniz də, fasilədən sonra bunun əksini gördük...
-    Rəqib təzyiqi artırdıqca, futbolçularımız müdafiəyə çəkildilər. Bu qərarı futbolçularımız verdi.


-    Oyunu izləyənlər sırasında Zaur Axundovu görmədik...
-    O, ölkədə deyil.

11 Noyabr 2019
10 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB