TOP 10

Təmkin Xəlilzadəyə qırmızı vərəqə nəyə görə verildi?

Futbol
Tarix: 2019-10-19 21:27

Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilmiş “Keşlə” - “Sabah” matçından sonra qalmaqal baş verib. Sport24.az xəbər verir ki, matçın final fiti səslənən kimi qonaqların futbolçusu Təmkin Xəlilzadə hakimlərin üzərinə yeriyib.

 

Azərbaycan millisinin cinah oyunçusu əl-qol hərəkətləri ilə baş hakim Kamal Umudluya etirazını bildirib. Onu komanda yoldaşları və polislər sakitləşdiriblər. Referi isə Xəlilzadəyə qırmızı vərəqə göstərib.

 

Qeyd edək ki, matç 1:1 hesablı heç-heçə ilə nəticələnib. 90+3-cü dəqiqədə "Sabah"ın daha bir futbolçusu Filip İvanoviç ikinci sarı vərəqə alaraq meydandan qovulub.

11 Noyabr 2019
10 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB