TOP 10

Qurban Qurbanov 1 xaldan da razı qalıb, oyundan da: "Araz Abdullayevlə Elvin Yunuszadə belə kateqoriya futbolçulardandı ki..."

Futbol
Tarix: 2019-10-19 19:37

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın VIII turunda "Qəbələ"ylə səfərdə 1:1 hesablı bərabərliyə qaldıqları matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.

 

- Fasilədən sonra ilk oyunumuz idi. Əlbəttə, fikrimiz qalib gəlmək idi. Bunu çox istəyirdik, ancaq alınmadı. Hər halda, xalımızın üzərinə bir xal da gəldi. Futbolçularımız çox əziyyət çəkdilər. Çox istəkli "Qəbələ"yə bir daha şahid olduq. Daha dəqiq oynamağa çalışmalı idik. Futbolçularımdan razı qaldım. Deməzdim ki, 7 qələbə vardı deyə ciddi hazırlaşmamışdıq. 

 

- Komandanızın oyununda sizi nə razı salmadı? Onu nəzərə alaq ki, APOEL-lə vacib matçınız var, rəqibə boşluqlar verirdiniz...

- Komandanın oyunundan razı qalsam da, əlbəttə, ilk dəqiqələrdə bir az diqqətsiz oynadıq. Təkcə müdafiəni deməzdim. Qismət Alıyev çox rahat keçərək qol vurdu. Sadəcə, narazı qaldığım məqam futbolçularımızın oyuna ciddi, aqressiv başlamamaları oldu. Hər oyunda istəyimiz aktiv başlamaqdı. Ancaq bu dəfə belə temp olmadı.

 

- Araz Abdullayevun adının iştirak ərizəsində olmaması nəylə bağlıdı?

- Nizam-intzamsızlığı ilə bağlı idi. Bu, hamıya bəllidi, çox açıqlamağa ehtiyac yoxdu. Belə şeylərə önəm veririk. Mətbuatda gedən yazıya görə yox, klubun daxili intizam məcəlləsi var. İstirahət edəndə özümüz üçün etməliyik, özümüz üçün həzz almalıyıq, camaata göstərmək üçün yox. Hər futbolçunun başına gələn şeydi. Cəzalar fərqli olur.

 

- Arazın başına bir dəfə belə bir bədbəxt hasidə gəlib. Hamı fikirləşirdi ki, püxtələşər, "Qarabağ"da intizama əməl edir. Həqiqətən islaholunmaz futbolçudu?

- Dərindən düşünsək, sadəcə maşını bərk sürüb. Bu, gənclərdə olur. Bunu cəmiyyət üçün göstərməməliyik. Araz və bir də Elvin Yunuszadə bəxtsiz futbolçulardı. Dünya futbolunda görürsən ki, bəzi futbolçular heç nədən problem yaradırlar. Onlar da bu kateqoriayaya aiddi. Daha çox futbolu fikirləşməyinizi istərdik.

 

- APOEL-lə Bakıdakı matç qrupdan çıxmaq baxımından həlledici olacaqmı?

- Düşünürəm ki, bu prizmadan yanaşsaq, problem yaşaya bilərik. "Düdelanj"la oyundan əvvəl də mənə belə sual verilmişdi. Görünən odur ki, hər şey son turda bilinəcək. Ümumiyyətlə, rəqibə düzgün yanaşmalı, düzgün oyun qurmağa çalışmalıyıq.

 

- Araz həmin matçda heyətdə olacaqmı?

- Ola bilər ki, olsun. Bakıya qayıdandan sonra qərar verəcəyik. 

 

- Bəs, Mahir Emreli həmin matçadək zədəsini tam sağalda biləcəkmi?

- Mahirdə proses yaxşılığa doğru gedir. Dünən hətta komandayla məşq etdi, bir az topla çalışdı da. Əlbəttə, aktiv yox. Hələ bir neçə gün vaxtımız var. Oyunda ən azı sonradan gormək ehtimalı var.

 

- Komanda bu çempionatda ilk dəfə qələbə qazana bilmədi. Bunu arxayınlıq seriyasından ilk xal itkisi saymaq olar?

- Bəzən elə oyunlar olur ki, futbolçuları qınamaq mümkün olmur. Bu, dünya futbounun psixologiiyasıdı. Yenə 1 xaldan da razıyam. Futbolçu özünü nə qədər motivasiya etsə də, tam hazırlaya bilmir. Ola bilər ki, daxlində arxayınçılıq düzgün oynamağa imkan verimr. Bəzən belə xal itkisinin komandaya daha çox xeyri olur, nəinki qələbənin. 

 

 

MEHMAN SÜLEYMANOV, Qəbələ

11 Noyabr 2019
10 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB