TOP 10

Baxşıyev "Qarabağ"dan xal almağın sirrini açdı: "Oyun üslubumuzu rəqibə yeridə bildik"

Futbol
Tarix: 2019-10-19 19:28

"Qəbələ"nin baş məşqçi əvəzi Elmar Baxşıyev Premyer Liqanın VIII turunda "Qarabağ"la evdə 1:1 hesablı bərabərliyə qaldıqları görüşdən sonra mətbuat konfransı keçirib. Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, gənc mütəxəssi əvvəlcə görüş haqda danışıb.

 

- "Qarabağ" brend klubdu. Bilirdik ki, oyun bizim üçün necə çətin keçəcək. Komandanı buna kökləməyə çalışırdıq ki, belə rəqibə qarşı hansı taktkayla oynamaq lazımdı. Hesab edirik ki, oyun üslubumuzu "Qarabağ"a yeridə bildik. 

 

- "Qəbələ" başqa komandaların nə bacamadığını etdi ki, "Qarabağ"ı ilk dəfə xal itkisinə məruz qoydu?

- Siz komandanı oyundan oyuna görürsünüz. Bizsə hər gün komandayla ünsiyyətdəyik. Komandanın istəkli, bəzi komponentlərdə artırdığını görürdük. Görürdük ki, komanda hazırdı. Bunu "Zirə"ylə yoxlama matçında gördük. Davamına bu gün "Qarabağ"la matçda şahid olduq. 

 

- Komandada bu qısa müddətdə nələri dəyişə bildiniz ki, belə inamlı təsir bağışlayır. 

- Eyni komandadı, ümumi heç nəyi dəyişmədik. Sadəcə, komandamız nəticə qazanmağa inanmağa başladı. Üzərimizə düşən vəzifə futbolçuları optimal formaya gətirmək idi. Uğurun sahibi onlardı.  

 

- Son dəqiqələrdə güclü köklənmə vardı. Bu, xüsusi motivasiya ilə bağlı idi, yoxsa "Qarabağ"ın adı bəs edirdi? 

- "Qarabağ"ın adı kifayət edir ki, həmin motivasiyayla çıxaq.. Hər futbolçu maksimum gücülyə çxır və özünü sübut etmək istəyir ki, mən də varam. 

 

 

 

MEHMAN SÜLEYMANOV, Qəbələ

11 Noyabr 2019
10 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB