TOP 10

“Neftçi” “Zirə” ilə oyuna hazırdı

Futbol
Tarix: 2019-10-19 19:14

“Neftçi” Premyer Liqanın 8-ci turunda qarşılaşacağı “Zirə” ilə matçın hazırlığını başa vurub. Sport24.az xəbər verir ki, komanda bu gün oyunun keçiriləcəyi “Bakcell Arena”da matçdan öncəki son məşqə çıxıb. 


Hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib.


Xatırladaq ki, oktyabrın 20-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyunu saat 17:00-da başlanacaq. Qiyməti VİP yerlərə 5 AZN, qalan bütün sektorlara 1 AZN təşkil edən oyun biletlərini “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündü.

11 Noyabr 2019
10 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB