TOP 10

Rüfət Dadaşov "Vulverhempton”un qardaşıyla boşuna müqavilə imzalamadığını sayır: "Ona görə də çox vaxt millidə əsas heyətdə mənə yer tapılmır"

Futbol
Tarix: 2019-10-19 16:10

“Xorvatiya, Macarıstan, Slovakiya və Uelsin yer aldığı çətin qrupumuz var. Ancaq son matçlarda rəqiblərimizdən geri qalmadıq, məğlubiyyətlər minimal hesablı oldu. Vitse-çempion Xorvatiya ilə 1:1 hesablı heç-heçə vacib nəticədi. Kiçik futbol ölkəsi kimi hər bir məqamı səbrsizliklə gözləyirik”. Sport24.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov bildirib. 

 

AVRO-2020-nin seçmə mərhələsində son matçlarda rəqiblərindən geri qalmadılarını söyləyən Almaniyanın "Proyssen" klubunun 28 yaşlı hücumçusu millidə ehtiyatda qalmasına da toxunub: “Əlbəttə, meydanda daha çox vaxt keçirmək istərdim. Üstəlik, bir hücumçu ilə müdafiə futbolu oynayırıq. Ona görə də çox vaxt əsas heyətdə mənə yer tapılmır. Ancaq oynamaq üçün hər şey etməyə hazıram. Bəhreyni 3:2 hesabı ilə məğlub etdiyimiz oyunda nəyə qadir olduğumu göstərdim və qol vurdum”.

 

Rüfət Azərbaycan millisində qardaşı Renat Dadaşovla birgə çıxış etməyin onun üçün qürurverici olduğunu söyləyib: “İki qardaşın millidə birgə çıxış etməsi adi məsələ deyil. Onunla görüşə bilmədiyimiz üçün yığmanın heyətində birgə olmağımız ikiqat xoşdu. Renatın böyük potensialı var və düşüncə olaraq da artıq böyüyüb. O, yeniyetmə yaşlarındakı səhvlərindən dərs çıxararaq indi daha intizamlıdır. İngiltərə Premyer Liqasında çıxış edən klub onunla boşuna müqavilə bağlamayıb. Ona peşəkar karyerasında inanıram. Bütün ailəmiz onu dəstəkləyir”.

 

Xatırladaq ki, Renat bu yay İngiltərə Premyer Liqa təmsilçisi "Vulverhempton”a transfer olunaraq Portuqaliyanın "Pasuş de Ferreyra" klubuna icarəyə verilib. 

11 Noyabr 2019
10 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB