TOP 10

Aleksey İsayev peşmandı: "Öz oyunumla hər şeyi unutdurmağa çalışacağam"

Futbol
Tarix: 2019-10-19 14:47

"Sumqayıt" Futbol Klubunun yarımmüdafiəçisi Aleksey İsayev komandaya qoşulub. Sport24.az xəbər verir ki, adıçəkilən futbolçu klubun rəsmi saytına fikirlərini bölüşüb.


Açıqlamanı diqqətinizə çatdırırıq: "Etdiyim hərəkətə görə peşmanam. Düşünürəm ki, klubla aramda anlaşılmazlıq olmuşdu. Öz oyunumla baş verənləri unutdurmağa çalışacam. Futbol mənim həyatımdı, bu səbəbdən hər şeyi unutmaq istəyirəm. Baş verənlərə görə “Sumqayıt” ailəsindən üzr istəyirəm. Klub rəhbərliyi və məşqçi heyətinə məni anlayışla qarşıladığına görə təşəkkür edirəm. Əvvəlki formamı bərpa edib yenidən "Sumqayıt”a kömək etməyə çalışacam".

11 Noyabr 2019
10 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB