TOP 10

“Neftçi” 40 min avro cərimə olundu

Futbol
Tarix: 2019-10-19 13:35

UEFA “Neftçi” klubunu cərimələyib. Sport24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin avqustun 8-də 8-ci km stadionunda keçirilmiş “Neftçi” – “Bney Yehuda” oyununda (2:2) azarkeşlərin meydana kənar əşyalar tullaması olub.

Ali futbol qurumu, bu səbəblə paytaxt klubunu 40 min avro dəyərində cərimələyib.


Avqustun 15-də “Ha Moşava” stadionunda baş tutmuş cavab matçında 1:2 hesabı ilə məğlub olan “Neftçi” Avropa Liqasında mübarizəni dayandırmışdı.

11 Noyabr 2019
10 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB