TOP 10

Böyük Ramazanov biznesə baxır, kiçik Ramazanovun Avropaya çıxarılmağına çalışılır: "Ağabala üçün Ərəbistan bağlı zona olardı, girdisə, çıxa bilməzdi"

Futbol
Tarix: 2019-10-19 17:00

"Ağabalanın legioner həyatı yaşamasını istəyirəm. Hələ ki axtarışdayam. İstəyirik ki, onu Avropaya çıxaraq". Bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Zaur Ramazanaov bildirib.

 

Məlumdur ki, keçmiş hücumçumun kiçik qardaşı, özündən 17 yaş balaca olan Ağabala Ramazanov "Səbail"də uğurlu çıxış edir, millimizə də cəlb olunur. Böyük Ramazanov onun nəhayət, legioner həyatı yaşamasına, özü də bunun Avropada olmasına çalışır: "Ağabalanın Ərəbistanın təkifləri vardı. Ancaq ora bağlı zonadı. girdinsə, çıxa bilmirsən. Avropada çıxış edəndə isə göz qabağında olursan. Razı olmadım ərəb ölkəsində legioner həyatı yaşamağına, ürəyimcə olmadı. Avropadan təkliflər gözləyirik ki, alaq. Orayla əlaqələrim var. Bu, həm keçmiş komanda yoldaşlarımdı, həm də yeni tanış olduğum insanlardı. Çox vaxt Bakıda olmuram, xaricdə səfərlərdəyim. Gələcəkdə Ağabala üçün inşallah, yaxşı olar". 

 

Hömsöhbətimiz qardaşının "Səbail"də çətinliyinin olmadığını söyləyib: "Onun mövsümün sonunadək müqaviləsi var. Qışda nəsə dəyişik olarsa, ola bilər ki, Ağabalayla da bağlı olsun". 

 

Zaur böyük qardaşının da iş başında olduğunu sayır. Ancaq futbolda yox, biznesdə: "Şəxsi işlərim yaxşıdı. Kişik də olsa, bir-iki biznesim var. Buna əsaəsn böyük qardaşım baxır. Allaha şükür, dolanışıq çıxır".

 

 

 

MEHMAN SÜLEYMANOV

11 Noyabr 2019
10 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB