TOP 10

Fasilə bitdi, yola davam: "Qarabağ" ilk dəfə paytaxtdan kənara çıxır, Bayılda müəllim-tələbə və uşaqlıq dostları duelləri

Futbol
Tarix: 2019-10-19 13:00

Bu gün Azərbaycan Premyer Liqasında ikinci dövrə başlayır. Sport24.az xəbər verir ki, milli komandaların rsəmi oyunları ilə əlaqədar yaranan ikihəfətlik fasilə bitir və VIII tura Qəbələdə start veriləcək. İlk dövrəni yüzfaizli nəticə göstərməklə lider kimi başa vuran "Qarabağ" bu mövsüm ilk dəfə paytaxtdan kənara çıxır. 

 

Belə ki, Qurban Qurbanovun komandası ilk dövrədə heç Sumqayıta da səfər etməmişdi. "Qarabağ"ın ilk dövrədə böyük hesabla məğlub edtiyi rəqiblərdən biri məhz "Qəbələ" olub. Ancaq bu, Sənan Qurbanovun baş məşqçiliyi dövründə olub və indi komandanın "sükanı arxası"nda köməkçisi olmuş Elmar Baxşıyevdi. Sadəcə, "Qəbələ" cari mövsümdə Avropa Liqasını da nəzərə alsaq, öz meydanında daim uduzaraq, qol da vura bilmir. Buna məhz "Qarabağ"la görüşdə son qoymaq çox çətin görünür. Sttaistika da "Qəbələ"nin əleyhinədi. Belə ki, "Qarabağ" son 6 matçda qalib gəlib. "Qəbələ"nin bu rəqib üzərində son qələbəsi 2 il öncə məhz evdə olub. 

 

Bu turda Bayılda 2 matç olacaq. "Keşlə" hələ də öz meydançasında qazonu dəyişdirilməsi prosesi getdiyindən, rəqiblərini başqa stadionlarda qəbul etməyə məcburdu. Tərlan Əhmədovun komandası "ASCO Arena"da ardıcıl 2-ci ev matçına çıxacaq. İlk dueldə "Zirə" üzərində inamlı qələbə qazanılmışdı - 2:0. İndisə rəqib son pillədə gedən "Sabah"dı. Həmin "Sabah" ki "Keşlə"yə qarşı ilk dəfə Elşad Əhmədovsuz çıxacaq. Komandaya müvəqqəti baş məşqçi təyin olunan İqor Ponomaryov Əhmədov millidə kapitan olanda, onun baş məşqçisi olub. Yəni, müəllim-tələbə duelini izləmək maraqlı olacaq. Onu da bildirək ki, “Sabah” Premyer Liqada debüt matçını məhz "Keşlə"ylə keçirərək bunu qələbəylə qeyd edib. Ancaq bundan sonra 4 oyundur qələbə qazana bilmir. “Keşlə” isə bu 4 matçda məhz Əhmədovla uğurlu nəticə qazanaraq meydandan qolsuz da ayrılmayıb.

 

"ASCO Arena"da sahibi olan "Səbail"in ev matçı isə sabaha salınıb. Bu görüş təkcə keçmiş komanda yoldaşlarının yox, uşaqlıq dostlarının qarşıdurması olacaq. Məlumdur ki, Aftandil Hacıyevlə Ayxan Abbasov əslən Buzovnanadırlar və uzun illərin dostlarıdırlar. Abbasov "Sumqayıt"da ilk qələbəsini məhz Hacıyevin komandası üzərində qazanıb. Ancaq bundan sonra “Sumqayıt” üç oyunda "Səbail"ə qalib gələ bilməyib. “Səbail” isə son iki ev matçında qol buraxmayıb. "Sumqayıt" ilyarımdan sonra rəqibini səfərdə məğlub edərsə, onunla xallarını bərabərləşdirəcək.

 

Turun mərkəzi matçı "Neftçi" - "Zirə" görüşünü saymaq olar.  Məlumdur ki, "qartallar" fasilədə baş məşqçisi Samir Abasovu istefaya göndərək bu vəzifəyə keçmiş məşqçisi Zaur Həşimovu gətirib. Çempionatımızın ən gənc baş məşqçilərindən olan 38 yaşlı Həşimov Premyer Liqamızda da debüt edəcək. O, "Zirə"nin 3 oyunluq qələbəsizlik seriyasına son qoymalıdı. "Neftçi" isə qələbə seriyasını 3-ə çatdıraraq lider "Qarabağ"la xal fərqininin artmamasına çalışacaq. 

 

 

19 oktyabr (şənbə)

17:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ. Şəhər stadionu.

İlk dövrədəki matç - 0:3

 

19:15. “Keşlə” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Asif Əliyev
Bakı. “ASCO Arena” stadionu

İlk dövrədəki matç - 0:1

 

20 oktyabr (bazar)

17:00. “Neftçi” – “Zirə”
Hakimlər: Rövşən Rəcəbov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Bakı. “Bakcell Arena" stadionu

İlk dövrədəki matç - 0:1

 

19:30. “Səbail” – “Sumqayıt”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Bakı. “ASCO Arena” stadionu

İlk dövrədəki matç - 3:0

11 Noyabr 2019
10 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB