TOP 10

“Barselona” təklif etdi, “Real” razılaşdı

Dünya Futbolu
Tarix: 2019-10-19 10:48

İspaniya La Liqasının 10-cu turu çərçivəsində keçirilməli olan “Barselona” - “Real” matçının təxirə salındığını xəbər vermişdik. Sport24.az xəbər verir ki, La Liqanın rəsmi saytı oktyabrın 26-na planladırılan matçın qeyri-müəyyən vaxta təxirə salındığını, “el klasiko”nun keçirilmə vaxtının klubların öz aralarındakı razılığa əsasən müəyyənləşəcəyini açıqlamışdı.


Artıq klublar da razılığa gəliblər. Öncə meydan sahibi “Barselona” rəsmi saytı vasitəsilə matçın dekabrın 18-də keçirilməsini təklif edib. Az sonra “Real” da məlumat yayaraq bu tarixdə oynamağa razı olduqlarını bildirib.


Bu isə öncədən də ehtimal olunduğu kimi, “Barselona” - “Real” görüşünün dekabrın 18-də keçiriləcəyi anlamına gəlir. Son sözü isə La Liqa rəhbərliyi deyəcək.


Xatırladaq ki, “Barselona” - “Real” qarşılaşması Kataloniyadakı etiraz aksiyaları səbəbindən təxirə salınıb.

11 Noyabr 2019
10 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB