TOP 10

“Qarabağ”dan ilk xal itkisi, “Keşlə” qələbəni son anda əldən verdi

Futbol
Tarix: 2019-10-19 21:10

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə bu gün başa çatıb. Sport24.az xəbər verir ki, 2-ci dövrə 8-ci turun qarşılaşmaları ilə başlayıb. İlk oyun günündə iki görüş baş tutub. 
 

Öncə ilk dövrəni maksimum nəticə ilə başa vurmuş “Qarabağ” səfərdə “Qəbələ” ilə üz-üzə gəlib. İlk dövrədə bu rəqibini 3 cavabsız qolla məğlub etmiş Ağdam klubu bu dəfə də favorit hesab olunurdu. Amma erkən qol buraxan qonaqlar bunun dərhal əvəzini çıxsalar da, artığına gücləri çatmayıb. Beləcə, “Qarabağ” bu mövsüm ilk xal itkisi ilə üzləşib.


Günün digər matçı “Keşlə” və “Sabah” arasında baş tutub. Paytaxt klublarının birinci dövrədəki duelində “Keşlə” minimal hesabla üstün olmuşdu. Bu dəfə necə olacağı maraqla gözlənilirdi. Maraqlıdı ki, bu dəfə də hesabı açan "Keşlə" olub. Özü də yenə Vüsal İsgəndərli "Sabah"ın qapısına yol tapıb. Amma "Sabah" son anda məğlubiyyətdən qaçmağı bacarıb.


Tura sabah keçiriləcək oyunlarla yekun vurulacaq. “Neftçi” “Zirə”ni, “Səbail” “Sumqayıt”ı qəbul edəcək.


Azərbaycan Premyer Liqası
8-ci tur

19 oktyabr


“Qəbələ” – “Qarabağ” 1:1
Qol: Q.Alıyev, 3 – İ.İbrahimli, 9.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Fərid Hacıyev.
Qəbələ şəhər stadionu, 17:00.


Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Giqauri, 21. Fernan Lopes, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 19. Rövlan Muradov, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev.
Baş məşqçi: Azər Bağırov.
Qarabağ: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 4. Rahil Məmmədov, 10. Dani Kintana, 8. Markos Madera, 17. Abdullah Zubir, 99. Maqaye Qeye, 3. Aylton Silva, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 20. Riçard Almeyda, 6. Simeon Slavçev, 9. Xayme Romero, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov. 


“Keşlə” – “Sabah” 1:1
Qol: V.İsgəndərli, 16 - H.Ekşteyn, 90+2.
Qırmızı vərəqə: F.İvanoviç, 90+3.
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Pərvin Talıbov, Nicat İsmayıllı.
“ASCO Arena”, 19:15.


Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 22. Əfran İsmayılov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 16. Şahin Zəkiyev, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 6. Rəşad Sadiqov, 66. Murad Qayalı, 90. Orxan Fərəcov, 91. Samir Abdullayev.
Baş məşqçi: Tərlan Əhmədov.
Sabah: 1. Saşa Stamenkoviç, 19. Təmkin Xəlilzadə, 14. Rəşad Eyubov, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov (k), 17. Məhəmməd Mirzəbəyov, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 26. Ozan Can Kökcü.
Ehtiyat oyunçular: 71. Dmitri Bezruk, 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 6. Vadim Abdullayev, 21. Rocer Roxas, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 11. Şakir Seyidov.
Baş məşqçi: Rövşən Babayev.

12 Noyabr 2019
11 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB