TOP 10

Samir Əliyev “açdı sandığı, tökdü pambıgı”: “Kim inciyir, incisin”

Futbol
Tarix: 2019-10-18 19:26

Bu gün Sport24.az saytının informasiya dəstəkçisi olduğu “ExtraTime” verilişinin növbəti buraxılışı radio dinləyicilərin görüşünə gəlib. İlkin Babanın qonağı U-19 millimizin baş məşqçisi Samir Əliyev olub.


Gənc mütəxəssis 19 yaşlılardan ibarət yığmamızın Çexiya da keçirilən Avropa çempionatının seçmə qrup mərhələsindəki çıxış barədə danışarkən, hazırlıq zamanı obyektiv və subyektiv səbəblərdən danışıb:


“Səmimi olaraq fikrimi deyəcəm. Kim inciyir, incisin. Buna qədər klubların milliyə futbolçu göndərməyində problem olmurdu. Amma Çexiya ilə oyundan əvvəl təlim-məşq toplanışı zamanı belə bir problemimiz oldu. Ayın 2-5-i Bakıda hazırlaşmalı, 6-sı getməli idik. Bilirsiniz ki, limit var, bir çox futbolçular da əsas komandada məşq edirlər. Bəziləri hərdənbir əsas heyətdə 10-15 dəqiqə oynadılır. Milli komandaya futbolçunun dəvət olunması ilə bağlı AFFA tərəfindən məktub göndərilib. Sonradan aydın oldu ki, həmin futbolçu bizimlə toplanışa qoşula bilmir, komandası Premyer Liqada oyun oynayır, bu futbolçu 90 dəqiqə ehtiyatda oturur, oynamır. Bu barədə AFFA rəhbərliyi məlumatlıdır. “Qəbələ”dən asılı olmayan səbəbdən problem yarandı. Çünki onların U-19 komandası Kiprdə oyunda idi. Bizdə də “Qəbələ”dən 5 nəfər idi. Gec, yorğun qayıdıb, bizimlə Bakıda 1 gün məşq keçdilər. Bunlar işimizə təsir edir. Komandalar var ki, sırf məşq prossesində futbolçu olsun deyə onu milliyə buraxmaq istəmirdilər”.


Aparıcının təkidindən sonra söhbətin “Səbail”in baş məşqçisi Aftandil Hacıyevdən getdiyi məlum olub: “Bildiyiniz kimi, mən “Səbail”də baş məşqçi işləyirdim. Məndən sonra Aftandil Hacıyev gəldi, uğurlu mövsüm keçirdi, komandanı Avropa Liqasına çıxardı. Fikrimcə, bu gün də uğurlu çıxış edirlər. Təəssüf ki, bəzən fikirlər üst-üstə düşmür. Onunla mən yox, köməkçilərimin biri danışdı. Aftandil Hacıyev bildirdi ki, Ədilxan Qarəhmədov ona lazımdır. Ədilxan bizim toplanışa qoşulmadı, bizimlə hazırlaşmadı. Heç Aftandil onu "Neftçi" ilə oyunda ümumiyyətlə, meydana buraxmadı. Biz o futbolçudan istifadə edə bilmədik. Millinin heyətində isə istər Norveç, istərsə də Çexiya ilə oyunda Ədilxan 60-cı dəqiqədə əvəz olunmağını istəyir. Görünən odur ki, bizimlə də hazırlaşa bilmədi, komandasında da oynamadı. Belə olan halda da, 90 dəqiqə mübarizə apara bilmədi. Açıq deyəcəm, bu gün məşqçilərin çoxu milli komandanı düşünmür. Bu kimi məqamlar insanı həvəsdən salır. Belə hərəkətlər görəndə adam futboldan soyuyur”.
 

CBCsport
11 Dekabr 2019
10 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB