TOP 10

APOEL-in azarkeşləri Bakıya yollanmaqda maraqlı deyillər: "Qarabağ" üçün bu oyun çoxşaxəli xarakter daşıyır"

Futbol
Tarix: 2019-10-18 19:18

"Qarabağ"la oyuna Kiprdən Bakıya yollanmaq üçün böyük maraq yoxdu. Bizimlə çox azarkeş olmayacaq". Sport24.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində növbəti rəqibi olan APOEL-in media bə ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nektarios Petevinos bildirib. 

 

Kiprli azarkeşlərin Bakıya yollanmaqda maraqlı olmadıqlarını söyləyən klub rəsmisi hər şeyin tənzimləndiyini diqqətə çatdırıb: "Əlavə təhlükəsizlik olacaq. Buna görə də hər şeyin yaxşı keçəcəyini düşünürük. "Qarabağ" üçün bu oyun çoxşaxəli xarakter daşıyır. Bunun siyasi ölçüsü var. Bu cür hallarda iştirak etmək istəmirik. "Qarabağ" rəhbərliyi ilə çox yaxşı münasibətlərimiz var. Ora işimizə görə yollanırıq və əlimizdən gələni edəcəyik".

 

Nektarios "Qarabağ" - APOEL matçının yüksək riskli oyun hesab olunması məsələsinə də münasibət bildirib: "Səfər oyunları barədə ətraflı məlumatım yoxdr. Bildiyimiz yeganə şey odur ki, stadionda təhlükəsizlik əməkdaşları olacaq. Bizə azarkeşlərimizlə bağlı heç bir problemin olmayacağını bildiriblər"

 

Xatırladaq ki, "Qarabağ" - APOEL oyunu oktyabrın 24-ü saat 20:55-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. 

 

15 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB