TOP 10

Mərkəz zonasında da püşkatma oldu - ilk turda "Mil" istirahət edəcək

Futbol
Tarix: 2019-10-18 19:04

AFFA-nın uğurlu layihələrindən olan Region Liqasında bu gün 4 zona üzrə püşkatma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, daha bir püşk Mərkəz zonasında atılıb.

 

Burda 5 komanda - "Şamaxı", "Araz" (Saatlı), "Ağsu Siti",  "İmişli", "Mil" (Beyləqan) iştirak edir. Ona görə hər komanda bir turda istirahət edəcək. İlk turda bu, Beyləqan "Mil"i olacaq. Püşkə əsasən "Şamaxı" - "İmişli" və "Ağsu Siti" - "Araz" (Saatlı) qarşılaşmaları olacaq. Reqlamnetə görə, 5 komandalı zonalarda mübarizə 2 yox, 3 dövrədə keçiriləcək. 

 

İlk turun görüşləri oktyabrın 26-27-də keçiriləcək. Komandalar matçların tarixlərini öz aralarında razılaşdıraraq təşkilatçılara məlumat verəcək. Bu da həvəskar statusda olan futbolçuların başqa işlərlə məşğul olmaları ilə bağlıdı. Komandalar qarşılaşmanın günlərini, başlanma saatlarını hər həftənin həftənin ilk günü 15:00-dək AFFA-ya bildirməlidi. Bu olmasa, təşkilatçılar özləri bunu müəyyənləşdirəcək və etirazlar qəbul olunmayacaq. Tarix seçimiylə bağlı üstünlük ev sahiblərinə verilir.. 

 

Xatırladaq ki, hər zonadan 3 komanda pley-offa vəsiqə qazanacaq. Naxçıvan zonasının qalibi isə birbaşa yarıfinalda iştirak etmək hüququna malikdi.

 

 

15 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB