TOP 10

DÇ-də rekord izləyici – FİFA açıqladı

Dünya Futbolu
Tarix: 2019-10-18 18:45

Fransanın bu il ev sahibliyi etdiyi qadınların dünya çempionatı izləyici rekordu qırıb. Sport24.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.


Belə ki, sözügedən mundialı 1.12 milyard şəxs televiziya vasitəsilə canlı olaraq izləyib. Bu isə turnirin tarixi üçün rekord göstəricidi.


ABŞ-ın Hollandiyaya 2:0 hesabı ilə qalib gələrək tarixində 4-də dəfə çempion olduğu final görüşünə isə 260 milyon insan baxıb. Bu, dünya çempionatları tarixində ən çox izlənilən matç olub.


Qeyd edək ki, bundan əvvəlki rekord Kanadada keçirilən DÇ-2015-ə məxsus idi - 764 milyon izləyici.

15 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB