TOP 10

PSJ-nin zədəlilərindən ikisi sağaldı

Dünya Futbolu
Tarix: 2019-10-18 17:20

Fransa çempionu PSJ Liqa 1-in 10-cu turunda “Nitsa” ilə qarşılaşacaq. Sport24.az xəbər verir ki, Paris təmsilçisinin heyətində bir müddətdi zədədən əziyyət çəkən Kilian Mbappe və Edinson Kavani tam sağalıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Hər iki oyunçunun “Nitsa” ilə oyunda meydanda olacağı gözlənilir. Neymar və İdrissa Qeye isə zədə səbəbindən sözügedən qarşılaşmada iştirak edə bilməyəcək.


Bu gün keçiriləcək “Nitsa” – PSJ matçı saat 22:45-də start götürəcək.

15 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB