TOP 10

Region Liqasının ikiqat qalibi "Qardaşlar"la başlayacaq - FOTOLAR

Futbol
Tarix: 2019-10-18 16:50

Region Liqasının Paytaxt və Şimal zonasında yeni mövsümün ilk turunun püşkatması keçirilib. Sport24.az xəbər verir ki, AFFA-nın Futbol Akademiyasında keçirilən mərasimdə ilk turda qarşılaşacaq rəqiblər müəyyənləşib.
 

“Şahdağ” (Quba) - “Şirvanovka” (Qusar)
“Uğur” (Sumqayıt) - “Qardaşlar” (Bakı)
“Xudat” - “Şahdağ” (Qusar)
“Qusar” – “İrəvan” (Bakı)


İlk turun görüşləri oktyabrın 26-27-də keçiriləcək. Komandalar matçların tarixlərini öz aralarında razılaşdıraraq təşkilatçılara məlumat verəcək. Bu da həvəskar statusda olan futbolçuların başqa işlərlə məşğul olmaları ilə bağlıdı.
 

Xatırladaq ki, bunadək keçirilən 2 mövsümdə "Uğur"un qalibi olduğu Region Liqasında budəfəki mövsümdə hər zonadan 3 komanda pley-offa vəsiqə qazanacaq. Naxçıvan zonasının qalibi isə birbaşa yarıfinalda iştirak etmək hüququna malikdi.

14 Noyabr 2019
13 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB