TOP 10

"Qarabağ" - APOEL matçında 30 min bayraq

Futbol
Tarix: 2019-10-18 14:41

Avropa Liqasının qrup mərhələsinin III turunda keçiriləcək "Qarabağ" - APOEL (Kipr) oyununda 30 min Azərbaycan bayrağı tribunaya düzüləcək. Sport24.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma üçün 30 min Azərbaycan bayrağı sifariş verilib. 

 

Matç günü tribunalardakı oturacaqlara düzüləcək bayraqlar 60x40 ölçüsündə olacaq.

 

Ağdam klub daha öncə belə bayraq aksiyasını "Monako" ilə oyunda Bayraq günü ilə əlaqədar bu cür təqdirəlayiq addım atıb. Ötən il 9 noyabr - Dövlət Bayrağı günü ilə əlaqədar isə Poltavada Ukrayna "Vorskla"sı ilə Avropa Liqasının IV tur oyunu zamanı belə aksiya təşkil olunaraq azarkeşlərə hədiyyə olunmuşdu. 

 

Xatırladaq ki, "Qarabağ" - APOEL oyunu oktyabrın 24-ü saat 20:55-də keçiriləcək.

15 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB