TOP 10

Ermənistan millisinin baş məşqçisi istefa verdi - AVRO-2020-yə çıxa bilmədiklərinə görə

Dünya Futbolu
Tarix: 2019-10-18 14:27

Ermənistan millisinin baş məşqçisi Armen Gyulbudaqyants istefa verib. Sport24.az xəbər verir ki, bu haqda həmin ölkənin futbol federasiyası rəsmi saytı məlumat yayıb.

 

52 yaşlı erməni mütəxəssisin istefasına səbəb millinim AVRO-2020-nin final mərhələsinə vəsiqə qazana bilməməsidir: "Bir il Ermənistan millisinin baş məşqçisi oldum. Komandanın çıxışları zamanı həm sevinc, həm də kədər anları yaşanıb. Təsnifat mərhələsi hələ bitməyib, amma komandanın baş məşqçisi vəzifəsindən getməyim barədə çətin bir qərar verdim, Çünki erməni azarkeşlərin Avropa çempionatının final mərhələsi arzularını reallaşdıra bilmədim. İndi imkanlarımız sırf nəzəri cəhətdəndi".

 

Xatırladaq ki, Ermənistan millisi seçmə mərhələdə 8 oyuna 10 xalla 6 komanda arasında 3-cüdür. Bu qrupda İtaliya final mərhələsinə vəsiqəni təmin edib. 15 xalı olan Finlandiya 2-ci yerdə qərarlaşıb və ona vəsiqəni yalnız rəsmiləşdirməsi qalıb. 

15 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB