TOP 10

Cənub zonasında da püşk atıldı - ilk turda Cəlilabad, Masallı və Astara ev sahibləri oldular

Futbol
Tarix: 2019-10-18 14:14

AFFA-nın uğurlu layihələrindən olan Region Liqasında Cənub zonasında yeni mövsümün püşkatma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, bu gün Lənkəranda təşkil olunan mərasimdə iştirakçı komandaların nümayəndələri ilə yanaşı, AFFA Məşqçilər Komitəsinin üzvləri - Şakir Qəribovla Şahin Diniyev iştirak ediblər.

 

Püşkə əsasən ilk turda "Ümid" (Cəlilabad) - "Alyans" (Lənkəran), "Ərkivan" (Masallı) - "Neftçala", "Astara" - "Şıxlar" (Qobustan) matçları keçiriləcək. 

 

İlk turun görüşləri oktyabrın 26-27-də keçiriləcək. Komandalar matçların tarixlərini öz aralarında razılaşdıraraq təşkilatçılara məlumat verəcək. Bu da həvəskar statusda olan futbolçuların başqa işlərlə məşğul olmaları ilə bağlıdı. 

 

Xatırladaq ki, hər zonadan 3 komanda pley-offa vəsiqə qazanacaq. Naxçıvan zonasının qalibi isə birbaşa yarıfinalda iştirak etmək hüququna malikdi. 

15 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB