TOP 10

"Neftçi"nin yollarını ayırdığı legioner D Seriyasında: "Azərbaycanda qalmaq mənim üçün asan deyildi..."

Futbol
Tarix: 2019-10-18 13:56

"Neftçi"nin ötən mövsüm bitəndən sonra yollarını ayırdığı legioner Canluka Sansone karyerasını İtaliya D Seriyasında davam etdirəcək. Sport24.az xəbər verir ki, 32 yaşlı italiyalı hücumçu Vətənində "Audase Çerinyola" klubuna keçib.

 

Canlukayla cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Sansone Azərbaycandakı karyerası barədə danışaraq bunun qısamüddətli olmasının səbəbini açıqlayıb: “Bu ölkədə üç ay yarım oldum. Karyeramda dəyişikliklərin olmasını istəyirdim. "Neftçi"nin baş məşqçiisi olan həmyerlim Roberto Bordin mənə zəng edib kömək etməyimi xahiş elədi. Mən də bunu yerə salmadım. Lakin tezliklə İtaliyaya qayıtdım, çünki orada qalmaq mənim üçün asan deyildi. Fərqli mədəniyyət idi. Həm də 32 yaşım var və evli olmaq mənə çətinlik yaratdı".

 

 İtaliyalı futbolçu ötən mövsümün fevralında "ağ-qaralar"da keçirdiyi 11 oyuna 2 qol vurub. .

15 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB