TOP 10

İlk turda Gəncə istirahət edəcək, "Göyəzən" Şəkiyə gedəcək

Futbol
Tarix: 2019-10-18 12:52

AFFA-nın uğurlu layihələrindən olan Region Liqasında Qərb və Şimal-Qərb zonasında yeni mövsümün püşkatma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, Mingəçevirdə təşkil olunan mərasimdə iştirakçı komandaların nümayəndələri ilə yanaşı, AFFA Məşqçilər Komitəsinin üzvləri - sədr Vaqif Sadıqlovla təcrübəli mütəxəssis Ağasəlim Mircavadov iştirak ediblər.

 

Bu zonada 5 komanda - "Qoşqar UGİM-2" (Gəncə), "Göyəzən" (Qazax), "Energetik" (Mingəçevir),  "Şəki" və "Oğuz" iştirak etdiyindən hər turda biri istirahət edəcək. İlk istirahət növbəti gəncəlilərindi. Startda "Minçəçevir" "Oğuz"u, "Şəki""Göyəzən"i qəbul edəcək.

 

İlk turun qarşılaşmaları oktyabrın 26-27-də keçiriləcək. Komandalar matçların tarixlərini öz aralarında razılaşdıraraq təşkilatçılara məlumat verəcək. Bu da həvəskar statusda olan futbolçuların başqa işlərlə məşğul olmalarıyla bağlıdı. 

 

Xatırladaq ki, bu zonada 5 komanda olduğundan, çempionat 2 yox, 3 dövrədə keçiriləck. Bu da digər zonalarla oyun sayının bərabərləşdirməklə bağlıdı. Hər zonadan 3 komanda pley-offa vəsiqə qazanacaq. Naxçıvan zonasının qalibi isə birbaşa yarıfinalda iştirak etmək hüququna malikdi. 

 

 

15 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB