TOP 10

Çiçarito "Qarabağ"a vurduğu qola bir neçə ay öncədən hazırlaşıb: "Ona görə də fərqləndiyim zamanı təəccüb hiss keçirmədim"

Futbol
Tarix: 2019-10-18 12:00

"Sevilya"nın hücumçusu Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la Bakıdakı matçı xatırlayıb. Sport24.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə  cərimə zərbəsindən vurduğu qolla hesabı açan meksikalı forvard buna daha öncədən hazırlaşdığını deyib: ""Qarabağ"la görüşdə fərqləndiyim zaman təəccüb hissi keçirmədim. "Vest Hem"də son vaxtlar cərimə zərbələri üzərində çalışmağa başlamışdım. Qəribə və maraqlıdır. Bəlkə də, buna gec başladım, amma nə etmək olar? Mümkün qədər çox qol vurmaq, titullar qazanmağı hədəfə almışam.  İnsanlar 31 yaşın çox olduğunu düşünür. Ancaq niyə də bu yaşda ən yaxşı mövsümümü keçirməyim?".

 

Xatırladaq ki, Çiçarito ləqəbiylə tanınan bu təcrübəli futbolçu bu yay keçdiyi "Sevilya"da qol hesabını məhz "Qarabağ"la oyunda açıb. 

15 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB