TOP 10

"Qəbələ"nin sabiq məşqçisi Ukrayna klubunu çalışdıracaq

Futbol
Tarix: 2019-10-18 10:00

"Qəbələ"nin ukraynalı sabiq məşqçisi Stepan Matviiv vətənində yeni təyinat alıb. Sport24.az xəbər verir ki, Roman Qriqorçukun 2015-ci ilin qışında Azərbaycana gəldiyi zamanı özüylə gətirdiyi köməkçilərindən biri olan bu 51 yaşlı mütəxəssis Ukraynanın II liqa təmsilçisi, A qrupunda çıxış edən "Kaluş"un baş məşqçisi olub.

 

Komandanı bu şənbə lider "Niva"yla görüşə məhz Matviiv hazırlayacaq. Artıq komandaya təqdim olunan yeni baş məşqçi vəzifəsinin icrasına başlayıb. O, 2017-ci ildə "Kaluş"un debüt mövsümü olan həvəskar liqasında çıxış edərkən Mixail Savkoyla duet təşkil edərək komandaya rəhbərlik edib. Savko da Qriqorçukun "Qəbələ"ylə gətirdiyi daha bir köməkçisi idi. 

 

Xatırladaq ki, Matviiv Roman İosifoviçlə "Qəbələ"də 2015-16-cı illərdə, bunadək 2011-14-cü illərdə Odessa "Çernomorets"ində birgə işləyib. O, Premyer Liqamızda ardıcıl iki il bürünc medalçı, Avropa Liqasının qrup mərhələsinin iştirakçısı olandan sonra ailə vəziyyəti ilə əlaqədar "Qəbələ"dən ayrılaraq Vətəninə dönüb. Matviivin son iş yeri Ukraynanın I liqa təmsilçisi "Qornyak-Sport"da İqor Jabçenkonun başçılıq etdiyi məşqçilik korpusu olub. 

 

 

 

15 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB