TOP 10

APOEL-in 2 aylıq sıradan çıxmış aparıcı futbolçusu "Qarabağ"a qarşı oynamağa hazırdı

Futbol
Tarix: 2019-10-18 09:16

Avropa Liqasının qrup mərhələsində növbəti iki turda "Qarabağ"ın rəqibi olacaq APOEL-də zədəli futbolçusu Praxitelis Vouros sağalıb. Sport24.az xəbər verir ki, sol qolunda qırıq aşkarlandığı üçün uzun müddət oynamayan 24 yaşlı yunan müdafiəçi iki aylıq fasilədən sonra geri dönməyə hazırdır.

 

Komandanın əsas heyət üzvlərindən olan Vouros zədəsini sağaldaraq Kipr çempionatında "Doxa" və Avropa Liqasında "Qarabağ"la görüşlərdə oynamağa hazırdı.

 

Xatırladaq ki, "Qarabağ" - APOEL oyunu oktyabrın 24-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Cütün cavab görüşü noyabrın 7-də Nikosiyadakı GSP stadionunda reallaşacaq.

15 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB