TOP 10

Bundesliqa klubunda yeni müqavilə

Dünya Futbolu
Tarix: 2019-10-18 11:43

Almaniyanın “Bayer” klubu yarımmüdafiəçisi Yulian Baumqartlingerlə müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

31 yaşlı avstriyalı futbolçu ilə yeni müqavilənin müddəti 2021-ci ilin yayında başa çatacaq. Əvvəlki müqavilə isə bu mövsümün sonuna qədər idi.


Almaniyanın “1860 Münhen” klubunun yetirməsi olan, Vyana “Austriya”sının da şərəfini qoruyan Baumqartlinger “Bayer”ə 2016-cı ildə “Maynts”dan transfer olunub. O, bu komandada 65 oyun keçirib, 1 qol vurub.


2009-cu ildən Avstriya yığmasına dəvət alan yarımmüdafiəçi millidə də 63 oyuna 1 dəfə fərqlənib.

14 Noyabr 2019
13 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB