TOP 10

Zaur Ramazanov koordinator təyin olundu, Belarusa gedir: "Gözümü tutan bir-iki futbolçu var"

Futbol
Tarix: 2019-10-17 17:11

"Gələcəkdə böyük komandalarda məşqçilik etmək istəyirəm, əvəzedicilərdə yox. A kateqoriyasını oxumağa gedirəm. Bu məqsədlə oktyabrın 21-də Aslan Kərimovun qrupuyla Belarusa yollanacam. Gələcəkdə PRO-nu da oxumaq fikrindəyəm". Bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Zaur Ramazanov bildirib.

 

43 yaşlı keçmiş hücumçu futbolda gələcək planları ilə bağlı danışarkən, yeni işə başladığını diqqətimizə çatdırıb: "U-9-a koordinator təyin olunmuşam. Mən Bakı zonasına baxacam, bir nəfər də var ki, Sumqayıt üzrə işləyəcək. Cahangir Həsənzadənin rəhbərlik etdiyi departamentdə çalışacam.  Bu yaş qrupuna nəzarət, seleksiya prosesində iştirak edəcəm. İstedadı olan uşaqları seçəcəm, məşqçilərin uşaqlarla davranışına nəzarət edəcəm".

 

Ramazanov hesab edir ki, bu yaşda uşaqların hamısının oynaması əsas şərtdi: "Ancaq bəzi anlar olur ki, gəlir uşaqların çox oynamır, qalır qıraqda. Onu necə bilmək olar ki, bu uşaq necədi? Gözümü tutan bir-iki fitri istedad var. "Qarabağ"da, "Sabah"da belə futbolçular var". 

 

Xatırladaq ki, Ramazanov futbolçu karyerası dövründə ən böyük uğurlarını "Xəzər Lənkəran"la (2006-08-ci illərdə) Azərbaycan çempionu olmaqla, ölkə Kuboku, "Birlik Kuboku"nun qazanmaqla, çempionatın bombardiri adına yiyələnməklə əldə edib, O, ilk dəfə mövsümün bombardiri isə "Karvan"ın heyətində (2004/05) olub.  

 

 

 

MEHMAN SÜLEYMANOV

17 Noyabr 2019
16 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB