TOP 10

Budaq Nəsirov Portuqaliyada 2400 avro alıb? Atası da dilə gəldi

Futbol
Tarix: 2019-10-17 12:41

Bir neçə gün öncə sosial şəbəkədə adı heç vaxt qalmaqalda hallanmayan Vaqif Heydərli barədə qəribə bir status paylasılmışdı. Məğzi isə bundan ibarət idi ki, ölkə çapında ən tanınan menecerlərdən olan bu şəxs müştərisi olduğu Budaq Nəsirovun Portuqaliya “Sportinq”inə keçidinə görə hər ay 1500 avro mənimsəyib. Özü də futbolçunun aylıq məvacibi 2400 avro olduğu halda. Sport24.az kiçik araşdırma apararaq, Nəsirovun aylıq maaşının 2400 deyil, bütün vergiləri çıxdıqdan sonra 4 min avro təşkil etdiyini öyrənib. Artıq bu fakt yazılanları ciddiyə alınmaması üçün kifayət edir. Elə “Futbol+” qəzetinə açıqlama verən futbolçunun atası da hansısa şikayətdən danışmağın absurd olduğunu dilə gətirib:

 

“Mən Vaqifdən şikayətçi ola bilmərəm. Ona iradım yalnız ondan ibarətdi ki, gərək Budağı "Sportinq”ə aparanda mənimlə də məsləhətləşəydi. Oğlumun o kluba yollanması bəlkə də bir az tez idi. O ki qaldı Heydərlinin hər ay bizə göndərmək adıyla 1500 avronu cibinə qoymasına, bu haqda heç bir məlumatım yoxdu”.

 

Açıqlamadan da görünür ki, yazılan status insanı şərləməkdən başqa bir şey deyil. Hər halda, Budaq ağ ayıların yanında futbol oynamırdı ki, atası ilə əlaqəsi olmasın. Portuqaliyada yaşayan futbolçudan evlərinə göndərilmək adıyla hansısa vəsait alınsaydı, təbii ki, futbolçu bunu valideynlərinə bildirərdi.

12 Noyabr 2019
11 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB