TOP 10

Eratın komandasında yeni baş məşqçi

Dünya Futbolu
Tarix: 2019-10-17 09:16

Türkiyənin “Fatih Karagümrük” klubunun yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, bir müddət əvvəl Cüneyt Dumlupınarla yollarını ayıran TFF 1-ci liqa təmsilçisini bundan sonra Erkan Zəngin çalışdıracaq.
 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Erkan Zəngin “Fatih Karagümrük”ün kapitanı olsa da, bundan sonra komandaya həm də oynayan məşqçi kimi yardımçı olacaq. Amma onunla müqavilənin müddəti açıqlanmayıb.


“Fatih Karagümrük” TFF 1-ci liqanın geridə qalan 7 turunda 12 xal toplayıb və 5-ci pillədə qərarlaşıb.


Qeyd edək ki, sözügedən komandada Azərbaycan yığmasının sabiq üzvü Toğrul Erat da çıxış edir.

19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB