TOP 10

Almaniya klubundan qovulan futbolçu Türkiyəyə qayıtdı

Dünya Futbolu
Tarix: 2019-10-16 19:39

Almaniyanın “Sankt Pauli” klubunun futbolçusu Enver Cenk Şahinin Türkiyə ordusunun Suriya ilə sərhəddə apardığı hərbi əməliyyatlara dəstək göstərdiyi üçün komandadan uzaqlaşdırılıdığını xəbər vermişdik. Sport24.az xəbər verir ki, oyunlarda və məşqlərdə iştirak etmək hüququndan məhrum edilən 25 yaşlı yarımmüdafiəçi artıq Türkiyəyə qayıdıb. 


Ötən gün onu Türkiyənin gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlu və “Başakşəhər”in prezidenti Göksel Gümüşdağ qəbul etmiş və futbolçuya dəstəkləyini nümayiş etdirmişdilər. Bu gün isə Enver Cenk Şahin Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir və yığmanın baş məşqçisi Şenol Günəşlə görüşüb.


Qeyd edək ki, Enver Cenk Şahin formada qalmaq üçün bundan sonra yetirməsi olduğu “Başakşəhər” klubu ilə məşqlərə çıxacaq. Onun hansısa kluba transferi isə böyük ehtimalla qışda mümkün olacaq.

11 Noyabr 2019
10 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB