TOP 10

Bağırov "Qəbələ"ni yenidən seçməsinin səbəblərini açıqladı: "Qarabağ"ı çıxmaq şərtilə bütün komandalara döyüş verə bilərik və verəcəyik də"

Futbol
Tarix: 2019-10-16 20:00

“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik baş verib. Belə ki,  əsas komandasında yeni məşqçi təyinatı rəsmiləşərək Azər Bağırov mövsümün sonunadək çalışacağı açıqlanıb. “Pro” kateqoriyasına malik olan 38 yaşlı mütəxəssis cari mövsümün əvvəlində I Divizion təmsilçisi “Turan Tovuz”un baş məşqçisi olub. O, məşqçi karyerasında “Qaradağ Lökbatan” və MOİK klublarına da rəhbərlik edib. Bağırov Sport24.az-a müsahibəsində köhnə-yeni komandasından seçməsindən və digər məqamlardan danışıb. 

 

- Təyinatınız necə gerçəkləşdi? O mənada ki, işsiz mütəxəssislərdən deyilsiniz ki, təklif almağınız gözlənilən olsun. I Divizionda baş məşqçi işləyirdiniz, özü də liderlik edirdiniz...

- Bəli, yeni mövsümə bu komandayla başlamışdım. İşim belə alındı ki, "Qəbələ"dən dəvət aldım. Yüksək liqa olduğuna görə fikirləşdim, dəyərləndirdim. Çox sağ olsunlar ki, mənə bu etimadı göstərdilər. Ümumilikdə bu komandanı çalışdıran Elmar Baxşıyevi qeyd edək ki, o, məni dəvət etdi, mən də bunu dəyərləndirdim. İnşallah, hamımız üçün xeyirlisi olsun.

 

- Premyer Liqayla I Divizion fərqli olsa da, baş məşqçilikdən məşqçiliyə gəlməyə qərar verdiniz. "Turan Tovuz"la yüksək liqaya çıxmağı qarşınıza hədəf qoymamışdınız? Yoxsa, bunu real saymırdınız?

- Bildiyiniz kimi, Tovuz bölgə komandasıdı. Həm də sözün açığı, bəzi şəxsi məsələlər, evdə problemlər vardı. Birdən-birə bu qədər uzaqlığı gözləmirdim. "Qəbələ" də əyalət təmsilçisi olsa da, Tovuz qədər uzaq deyil. Yəni, məsafə azdı, üstəlik, komanda çox vaxt Bakıda da olur. Premyer Liqada işləmirdim, bəlkə oranın havası mənim üçün daha maraqlı oldu. 

 

- Bu, "Qəbələ"də ilk fəaliyyətiniz deyil. Vxatilə bu klubun Futbol Akadeiyasında işləmidiniz və ordan gedəsi olmuşdunuz...

- Həmin vaxt PRO lisenziyasına gedirdim, çox şeylərə vaxt ayıra bilmirdim. Gedişatda belə bir hadisə baş vermişdi.

 

- Yeri gəlmişkən, indi PRO-nun faydasını görürsünüz. Çünki qaydaya görə, Premyer Liqamızın baş məşqçisi bu kateqoriyaya malik olmalıdı. Sizin də "Qəbələ"yə gəlişinizdə PRO almağın da vacib rol oynayıb. Nəticədə sənəddə "Qəbələ"nin baş məşqçisi məhz siz gedəcəksiniz...

- Yox, fikirləşmirəm ki, bu, PRO-yla bağlıdı. Fikirləşdiyim başqa şeydir ki, Elmar Baxşıyevlə vaxtilə də bir yerdə işləmişik. Bu, "Neftçi"nin U-19 komandası idi. Orda Baxşıyev mənim köməkçim idi. Onun məşqçi kimi ilk iş yeri idi. Orda həm baş məşqçi idim, həm də PRO-nu oxuyurdum. "Qəbələ"dən çıxıb "Neftçi"yə gəlmişdim, bir yerdə işləyirdik. Elmar müəllimlə münasibətlərimiz həm futbolçu, həm də məşqçi kimi olub. Bu, həqiqətən yaxşı səviyyədədi. İnşallah, hər şey bizim üçün də, klubumuz də yaxşı olar.

 

- "Turan Tovuz"l halallaşdınızmı? Çünki bu klubun rəhbəri Oqtay Abdullayev sizn komandanı yarıyolda qoyduğunuza görə giley-güzar edirdi...

- "Turan Tovuz" rəhbərliyi üçün klubda baş məşqçisi ilə indiki vaxtında ayrılmaq çətindi. Amma sağ olsunlar ki, məni başa düşdülər. anlayışla qarşıladılar. Mən də onlara buna görə təşəkkür edirəm, hər bir fikirlərinə hörmətlə yanaşıram. Həm Oqtay müəllim, həm də klubun icraçı-direktoru Nadir Nəbiyev futbolu bilən, fitbolun içində olan adamlardı. Onlara uğurlar arzulayaraq yüksək liqaya vəsiqə qazanmalarını diləyirəm. 

 

- Bir vaxtların çempionluğa iddialı, indi autsayder olan "Qəbələ". İşə başladığınız ilk vaxtlarda ümumi mənzərəni, ilkin təəsüratlarınızı bölüşərdiniz...

- Bu, Premyer Liqada 3-cü fəaliyyətim olacaq. Bunadək "Neftçi"də baş məşqçi Arif Əsədovun vaxtında 1 il, "Qəbələ"də isə 2-3 ay ispan ispan baş məşqçi əvəzi Luis Araqonun köməkçisi oldum. İndi gördüyüm mənzərə odur ki, komandada əhval-ruhiyyə də var, oyunçuları futbol bikikləri, bacarıqları da. İnşallah, Elmar müəlimin rəhbərliyi altında futbolçular yaxşı bir nöqtə qoyarlar. Bu da komandanın yaxşı yerlərə daşımaq olar. 

 

- Bunadək kənardan izlədiyiniz "Qəbələ"nin potensialı yuxarı yerlərə imkan verirmi?

- Açığı, komandanı demək olar bütün matçlarını izləyirdim. Hətta Sənan Qurbanovun baş məşqçiliyi vaxtında da. "Qəbələ" Azərbaycanda bu gün "Qarabağ"ı çıxmaq şərtilə bütün komandalara döyüş verə bilər və verəcək də. İnşallah, Elmar müəllimin başçılığı altında ortaya yaxşı bir komanda formalaşdıraraq qoyacağıq. 

 

- "Qəbələ"də şəxsi hədəfiniz nə olacaq? Nə perspektiv görürsünüz?

- İlk növbədə Baxşıyevə hər bir məsələdə dəstək olmaq istəyirəm. Bu da futbol biliyim, bacarığım, məşqçilikdə gördüklərimlə bağlıdı. Çalışacam ki, komandanın uğurlu nəticələr qazanmasında pay sahibi olum. Baş məşqçinin arxasında olaraq yolumuza davam etməliyik.

 

 

 

 

MEHMAN SÜLEYMANOV

12 Noyabr 2019
11 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB