TOP 10

Seydiyev İsveçrəyə məğlubiyyətlərini yalnız bəxtsizliklə əlaqələndirdi: "Bizi bütün rəqiblər qəzəbləndirir"

Futbol
Tarix: 2019-10-16 17:00

Azərbaycan U-21 yığması 2021-ci il Avropa çempionatının seçmə mərhələsində ilk dövrəni başa vurdu. Artıq bütün rəqiblərlə qarşlaşan Milan Obradoviçin komandası son turda Sumqayıda İsveçrədə 0:1 hesabıyal uduzdu. Hərçənd, yığmamız bu matçda göstərdiyi oyunla meydanı xalla tərk etməyə layiq idi. Eə hazırkı U-21-in liderlərindən olan "Qəbələ"nin sağ cinah müdafiəçisi Amin Seydiyev Sport24.az-a müsahibəsində bu haqda danışaraq məğlubiyyətin əsas səbəbini göstərdi, seçmə mərhələdə arxada qalan dövrə nəzər yetirdi, gələcək məqsədlərini açıqladı.

 

- Hesab edirik ki, komanda cari seçmə mərhələdə ən yaxşı oyununu oynadı. Xal qazanmağınıza nə mane oldu?

- Bəxtimiz gətirmədi. Özünüz də gördünüz ki, yaxşı qol imkanlarımız oldu. Rəqib bir hücum etdi, o da qol oldu. 

 

- Problem təkcə bəxtsilzikdə idi, yoxsa ustalıq səviyyəsində də?

- Məncə, yalnız bəxtsizlikdə. Top qapı dirəyinə dəyirsə, burda ustalıq səviyyəsindən söhbət gedə bilməz. Sadəcə, bəxtimiz gətirmədi.

 

- Çox aktiv, istəkli görünürdünüz. Bu motivasiya hardan qaynaqlanırdı ki, məhz İscevrəylə belə oynadınız?

- İstənilən matça belə çıxırıq. Oyunumuz alınanda alınır, alınmaya da yox. Bu dəfə məncə, aılındı. Bu, onu göstərdi ki, hər rəqibə qarşı oynamaq olar. Fransaya qarşı da yaxşı mübarizə aparmışdıq. Baxmayaraq ki, hesab 0:5 olmuşdu. 

 

- Hesab edirsən ki, fransızlara da eyni səviyyədə oynadınız?

- Deməzdim ki, belə idi. Ancaq Fransanın ustalığı İsveçrədən üstün di.

 

- Artıq bütün komandaları iş başında görmüsünüz. Fikrincə, kim ən güclüdü?

- Fransa. Qalan bütün komandalarla mübarizə aparıb oynamaq olar.

 

- Bəs Gürcüstanla niyə belə olmuşdu ki, evdə böyük hesabla uduzmuşdunuz? Razılaş ki, ən zəif oyununuz bu rəqibə qarşı olmuşdu...

- Məncə, gürcülərlə matçda yorğunluq da öz sözünü demişdi. 

 

- Bəs bu dəfə niyə belə olmadı? Gürcüstanla ardıcıl ev matçı idisə, Fransadan ağır səfərdən qayıtmışdınız...

- Nə bilim...Bəlkə motivasiya sözünü dedi.

 

- Necə hesab edirsən, İsveçrədən səfərdə qisas almaq olar?

- Olar. 

 

- Artıq aydındır ki, komandamızın qrupdan çıxmaq şansı demək olar qalmayıb. Bundan sonra hədəfiniz nə olacaq?

- Çalışacağıq ki, bacardığımız qədər çox xal yığaq. 

 

- Bu dəqiqə sizi ən çox qəzəbləndirən hansı rəqibdi? Uduzduğunuz Lixtenşteyn, yoxsa İsveçrə?

- Bütün rəqiblər. 

 

 

 

CEYHUN ƏLİYEV

12 Noyabr 2019
11 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB