TOP 10

MY “Liverpul”la oyuna ciddi itki ilə çıxacaq

Dünya Futbolu
Tarix: 2019-10-16 15:40

“Mançester Yunayted” klubu ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, “qırmızı şeytanlar”ın futbolçusu David de Xea sıradan çıxıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.


De Xea İspaniya millisinin AÇ-2020-nin seçmə mərhələsində İsveçlə qarşılaşdığı oyunda (1:1) zədələnib. O, 60-cı dəqiqədə Kepa Arrisabalaqa ilə əvəzlənib.


De Xeanın “Mançester Yunayted”in İngiltərə Premyer Liqasının 9-cu turu çərçivəsində “Liverpul”la qarşılaşacağı oyunda iştirakı sual altındadı.


Oktyabrın 20-də keçiriləcək “Mançester Yunayted” – “Liverpul” oyunu saat 19:30-da start götürəcək.

12 Noyabr 2019
11 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB