TOP 10

Region Liqasında yeni mövsümün püşkatma mərasimlərinin və startının vaxtları dəqiqləşdi: "Formatla bağlı bir yenilik ondan ibarətdir ki..."

Futbol
Tarix: 2019-10-16 15:16

AFFA-nın layihəsi olan Region Liqasının püşaktma mərasimlərinin və startını vaxtı dəqiqləşib. Bu haqda Sport24.az-a məlumat verən AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, Region Liqasının İşçi Qrupunun üzvü Yusif Vəliyev məlumat verib.

 

O, oktyabrın 18-də keçiriləcək püşkatma mərasimlərinin 4 zona üzrə seçdikləri şəhərlərdə olacağını bildirib: "Bu, Bakı, Ağsu, Mingəçevir və Lənkərandı. Son 2 şəhərdə püşklər saat 11:30-da atılacaq. Saat 16:30-da isə bunu paytaxt və Ağsuda gerçəkləşdirəcəyik. Mərasimdə bizim əməkdaşlarla yanaşı, AFFA Məşqçilər Komitəsinin üzvləri - Vaqif Sadıqov, Ağasəlim Mirvabadov, Şakir Qəribov və Şahin Diniyev iştirak edəcəklər. Sadıqovla Mircavadov Minçəçevirdən sonra Ağsuya gələrək ordakı püşkatmada da olacaqlar. Qəribovla Diniyev isə bu məqsədlə Lənkərandan sonra Bakıya üz tutacaqlar".

 

Məlumdur ki, yarış 5 zonada keçirilir və daha biri Naxçıvandı. Burda isə Muxtar Respublikanın müxtəlif məkanlarını təmsil edən 9 komanda çıxış edir. Vəliyev orda püşkatma mərasiminin gələn həftənin əvvəlində keçiriləcəyini bildirib: "Buna baxmayaraq, Region Liqasının startı hər yerdə eyni vaxtda növbəti həftəsonu, yəni oktyabrın 26-27-də olacaq".

 

Həmsöhbətimiz turnirin formatıyla bağlı daha bir vacib məqamı diqqətimizə çatdırıb: "Məlumdur ki, bu dəfə turnirdə 33 komanda iştirak edəcək ki, bunlardan 24-ü qeyri-Naxçıvan liqalarıdı. Beş komandalı liqalarda mübarizə ilk dəfə 3 dövrə olacaq. Bu da ona görədir ki, oyunların sayı liqalarda bərabər olsun. Qalanlarında isə ilk mərhələ adəti üzrə iki dövrə olacaq".

 

Xatırladaq ki, Bakı və Şimal zonasından 8 komanda - "İrəvan" və "Qardaşlar" (hər ikisi Bakı), "Uğur" (Sumqayıt), "Şahdağ", "Şirvanovka", "Qusar" (hər üçü Qusar), "Xudat", "Şahdağ" (Quba), Mərkəz zonasından 5 komanda - "Şamaxı", "Araz" (Saatlı), "Ağsu Siti",  "İmişli", "Mil" (Beyləqan), Cənub zonasından 6 komanda - "Şıxlar" (Qobustan), "Neftçala", "Ümid" (Cəlilabad), "Ərkivan" (Masallı), "Alyans" (Lənkəran), "Astara", Qərb və Şimal-Qərb zonasından 5 komanda - "Qoşqar UGİM-2" (Gəncə), "Göyəzən" (Qazax), "Energetik" (Mingəçevir),  "Şəki", "Oğuz"du. Naxçıvanın təmsilçiləri isə "Araz Naxçıvan", Naxşıvan Dövlət Universiteti" (hər ikisi Naxçıvan), "Sədərək" (Sədərək), "Arpaçay" (Şərur), "Kəngərli" (Kəngərli), "Dübəndi" (Ordubad), "Əlincə" (Culfa), "Şahbuz" (Şahbuz) və "Babək"di (Babək).

 

 

MEHMAN SÜLEYMANOV

 

 

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB