TOP 10

UEFA Qurban Qurbanovla bağlı yanlışlığa yol verdi

Futbol
Tarix: 2019-10-16 14:00

​UEFA Avropa Liqasının III turun şərçivəsində olacaq "Qarabağ" - APOEL görüşüylə bağlı dair açıqladığı statistik məlumatlarda yanlışlığa yol verib. Sport24.az xəbər verir ki, qitə futbol qurumunun rəsmi saytı Qurban Qurbanovun Azərbaycan təmsilçisinin baş məşqçisi kimi 100-cü avrokubok oyununa çıxacağını yazıb.

 

Halbuki, Qurbanov üçün yubiley qarşılaşması ötən tur Lüksemburqda "Düdelanj"la görüşə təsadüf edib. Həmin matç "Qarabağ"ın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.

 

Bu, Qurbanovun rəhbərliyi altında yubiley 40-cı qələbə olub. Qalan oyunlardan 27-də heç-heçə, 33-də məğlubiyyət qeydə alınıb. Qurbanovun vrokubok qarşılaşmalarından 36-sı Çempionlar Liqası, 64-ü Avropa Liqasına təsadüf edib. Bundan başqa, həmin mütəxəssis “Neftçi”nin baş məşqçisi kimi 2007-ci ildə UEFA kubokunun I təsnifat mərhələsində Avstriya “Rid”i ilə iki oyunda iş başında olub (1:3, 2:1).

 

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:55-də başlayacaq. 

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB