TOP 10

Yurçeviç Uels və Slovakiyanı təəccübləndirməyə çalışacaqlarını açıqladı: "Hakimin üzrxahlığını qəbul etdim, hərçənd, bu, mənə lazım deyildi"

Futbol
Tarix: 2019-10-16 12:04

"Nə vaxtsa belə qərarla rastlaşdığımı söyləyə bilmərəm. Baş hakim dərhal əllə oyun göstərdi. Halbuki, futbolçum təmiz qol vurmuşdu. Sonradan hakim özü mənə haqsız olduğunu etiraf etdi". Sport24.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Macarıstan yığması ilə səfərdə keçirdikləri AVRO-2020-nin seçmə qrup matçı barəsində açıqlamasında deyib.

 

O uzatma dəqiqələrində müdafiəçimiz Bəhlul Mustafazadənin vurduğu təmiz qolu saymayan hollandiyalı baş hakimDennis Hiqlerin üzrxahlığı mənasız sayır: "Gənc və yaxşı referidir, üzrxahlığını qəbul etdim. Hərçənd, bu, mənə lazım deyildi. Bu, qolu saysaydı, Xorvatiyaya da final mərhələsinə yüksəlməkdə kömək edərdi. İndi hər şey çətinləşdi. Amma əminəm ki, Xorvatiya gələn tur Slovakiyanı məğlub edərək, mərhələ adlayacaq. Hər halda, hazırda qrup lideridi".

 

Yurçeviç cari seçmə mərhələdə son 2 oyundan gözləntilərini də açıqlayıb: "Rəqiblərimizin hamısı bizimlə görüşlərdə xal toplasalar da, yenə əlimizdən gələni edəcəyik. Xorvatiyadan xal almışıq, Macarıstanda da bunu etməli idik. Hər bir oyun bizim üçün yeni motivasiyadı. Son 180 dəqiqədə Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq".

 

Qeyd edək ki, Budapeştdə 0:1 hesabıyla uduzan Azərbaycan millisi noyabrın 16-da Uelsi qəbul edəcək, bundan 3 gün sonra Slovakiyanın qonağı olacaq. 

 

 

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB