TOP 10

“Traktor”un üzvü futboldan uzaqlaşdırıldı - Türkiyəyə dəstəyə görə

Dünya Futbolu
Tarix: 2019-10-16 12:00

İran Futbol Federasiyası Türkiyənin Suriya YPG/PKK terrorçularına qarşı hərbi əməliyyatlarına dəstəyini nümayiş etdirən, paylaşım edən Mehdi Bebrini futboldan uzaqlaşdırıb. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə, Bebrinin idmandan kənar davranışları səbəbiylə müvəqqəti futboldan uzaqlaşdırıldığı bildirilib.


Təbrizin “Traktor” klubunun formasını geyinən Bebri, türklərə dəstək məqsədi ilə sosial media hesabından Türkiyə əsgərinin və bayrağının şəklini paylaşmışdı.


Bebrini bu hərəkətinə görə təhqir edən “Sanat Naft” klubunun futbolçusu Şirvan Qurbani də müvəqqəti diskvalifikasiya olunub.

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB