TOP 10

İtaliya millisi 80 il sonra rekordunu təzələdi

Dünya Futbolu
Tarix: 2019-10-16 11:29

Futbol üzrə İtaliya millisi AÇ-2020-nin seçmə mərhələsində Lixtenşteyni 5:0 hesabıyla məğlub edib. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada İtaliya millisi əvvəlki rekordunu təzələyib. 


Belə ki, Roberto Mançininin rəhbərlik etdiyi kollektiv ardıcıl 9 oyundu qələbə qazanır. İtaliya yığmasının qalibiyyət seriyası 2018-ci ilin martında ABŞ-la oyundan (1:0) başlayıb.


İtaliya millisi sonuncu dəfə 1938-1939-cu illərdə ardıcıl 9 qələbə qazanmışdı.


İtaliya yığması AÇ-2020-nin seçmə mərhələsində yer aldığı J qrupunda 24 xalla liderdi.

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB