TOP 10

Obradoviç oyundan razı, nəticədən və Krivotsyukun fitə basılmasından narazı qalıb: “Yenə Sumqayıtda oynamaq istərdik və bunu müzakirə edəcəyik”

Futbol
Tarix: 2019-10-15 22:53

Azərbaycan U-21 yığmasının baş məşqçisi Milan Obradoviç isveçrəli həmyaşıdlarına Sumqayıtda 0:1 hesabıyla uduzduqları görüşdən sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, serbiyalı mütəxəssis öncə oyunu dəyərləndirib. 

 

- Planlaşdırdığımızı təxmini yerinə yetirə bildik. Bizdə çox az şey çatmadı. Ancaq futbolda hər detal vacibdi. İnkişaf etmək üçün çox işləməliyik. Rəqibə öz oyununu oynamağa imkan vermədk. Əlbəttə, nəticədən razı qalmadıq. Futbolçulardan isə razı qaldım. Komandanın inkişaf istiqamətində daha bir pillə irəli addım atdıq. Ağıllı oynadıq. Rəqibə də təşəkkür edirəm. Yaxşı oynadı. Bundan sonra qarşımzda duran vəzifə komandanı inkişaf etdirmək üçün daha çox işləməkdi.

 

- Fransaya viza problemi olan Tural Bayramlı bu gün iştirak ərizəsində niyə yox idi? Slovakiya ilə matçdakı söz-söhbətə görə onun mükafatının kəsilməsi haqda məlumat var...

- (gülür) Bilmirəm nə deyim. Yəqin ki, düz informasiya deyil. Bu gün oyun haqda danışırıq. Heç bir insident olmayıb. Bir daha deyərək mövzunu bağlayıram. Məğlub olduğumuz oyundan sonra komanda daxilində söhbətimiz olması normaldı, buna ehtiyac var. Sussaq, bu, daha pis olar. Hətta kiminləsə insident olsaydı, indi bizimlə olmazdı. Mükafatı isə ilk dəfə eşidirəm. 

 

- Ola bilər ki, mükafat düz deyil. Ancaq Turalın adı iştirak ərizəsində yox idi. O isə Premyer Liqamızda ən çox oynamış futbolçudu. Səbuhi Abdullazadəni U-19-a qoymadınız. Ancaq burda da çox az şans verdiniz. Halbuki, Samir Əliyevin komandasına daha çox fayda verə bilərdi...

- Gəlin, bugünkü oyun, oynayanlar haqda danışaq. Kimin çox, kimin az oynamasına mən qərar verirəm. Bilrisniz ki, Hacıağa Hacılı qırmızı vərəqə üzündən cəzalı idi. Bizim daha bir dayaq yarımmüdafiəçisinə ehtiyacımız vardı. Səbuhini cəlb etdik ki, atmosferi, ciddi futbolu hiss etsin. 

 

- Azərbaycan futbolularında geri ötürmələr problemdi. Son 10 dəqiqə isə pressinq, hücum etdik. Bunu daha əvvəl etmək olmazdımı?

- Ola bilər ki, bu gün oyunda deyildim. Hətta Fransada da. Fransada da ilk dəqiqələrdən pressinq etdik. Siz belə fikirləşirisiniz, düşüncələrimiz fərqlidi. Hər iki matçda 90 dəqiqə pressinq etdik. Pressinqi bir neçə futbolçuyla etmək olar və buna qərar verirəm. Belə oynamağa davam edəcəyik. 

 

- Niyə suallarımıza ironiyayla yanaşırısınız? Hər matçdan sonra bunu nümayiş etdirisiniz...

- Yadımda deyil ki, sizinlə ünsiyyət qurmuşuq. Oyunla bağlı sual verin, normal cavab verim. Oyunu sizdən fərqli görürəm. 

 

- Gəldiyiniz dövrdən bəri hansı məqamlarda inkişafın olduğunu deyə bilərsiniz?

- İlk növbədə oyunu öz qapımızdan daha irəli çəkməyi bacarmışıq. Son 2 oyunda topa sahib olmağımız ya rəqiblə bərabər olub, ya da çox. Rəqibi daha irəlidə qarşılamağa çalışırıq. Futbolçularla çox ünsiyyət qurmağa vaxt etmişik. Onları onu inandırmağa çalımışıq ki, futbol oynaya bilrilər. Ən vacibi odur ki, hər 3 məğlubiyyətdən sonra özlərindən narazı qalmalarını aşılamağa çalışmışıq. Ona görə narazı olmalıdırlar ki, bundan daha yaxşı oynaya bildiklərini başa düşsünlər. Həm müdafiədə, həm də hücumda artım var. 

 

- Bunadək millidə olmuş Anton Krivotsyukla ilk dəfə işlədiniz. Onun çıxışına necə qiymət verərdiniz? Millimizin baş məşqçisi Nikola Yurçeviçlə xidmətindən yararlanmadığı futbolçuların U-21-ə cəlb olunmasıyla bağlı söhbətləşmək fikrindəsiniz?

- Anton hər iki matçda yaxşı oynadı. Özü də Fransada baqşa mövqedə çıxış etdi. Yurçeviçlə söhbətimiz daim olur. Antonla bağlı ondan narazı qaldım ki, onu ilk hissədə bir neçə dəqiqə fitə basdılar. Fərqi yoxdur ki, bu, nədən qaynaqlanır. Biz milli komandayıq, futbolçular bayraq uğrunda oynayır. Belə münasiibət olmamalıdı. Millinin baş məşqçisiylə təkcə Anton, bir sıra futbolçularla bağlı danışırıq. Hansılar ki, əsas yığmada oynamağa hələ ki, gərək olmaya bilərlər. 

 

- İlk dəfə U-21-in ev matçında bu qədər azarkeş vardı. Bu atmosfer milliyə necə təsir etdi? Müsbət, yoxsa mənfi?

- Əlbəttə, atmosfer yaxşı idi. Bura gələnlərin hamsına minnətdarlıq edirəm. Onlar 12-ci oyunçu idilər, gənc futbolçularımıza  böyük dəstək oldular. Bilirdik, gözləyirdik ki, azarkeş olacaq. Ancaq bu qədər çox olacağını yox. Gələcəkdə müzakirə edəcəyik ki, növbəti matçlarda da rəqibləri burda qəbul edək.

 

 

 

MEHMAN SÜLEYMANOV

12 Noyabr 2019
11 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB