TOP 10

İsveçrə millisinin baş məşqçisi bəxtlərinin gətirdiyini etiraf etdi: "Heç-heçə də olsaydı, bunda razı qalmaq olardıq"

Futbol
Tarix: 2019-10-15 22:20

İsveçrə U-21 yığmasının baş məşqçisi Mauro Lustrinelli Avropa çempionatının seçmə mərhələsində azərbaycanlı həmyaşıdlarına Sumqayıtda 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, isveçrəli mütəxəssis əvvəlcə qarşılaşma haqda danışıb.

 

-  Qalib gəlsək də, heç də asan olmadı. Çnüki Azərbaycan yığması qələbə üçün ürəklə oynadı.  Ancaq məqsədimizə çatsıq. 3 oyundan sonra 9 xalımızın olduğuna görə özümü çox xoşbəxt hiss edirəm. Buna nail olmağımız çətin oldu. Eləcə də burda 3 xalı əldə etmək. 

 

- Sumqayıtda atmosfer necə idi?

- Meydança çox yaxşı idi, çox bəyəndim. Eləcə də atmosferi. Stadion kiçik olsa, məndə böyük fikir yarandı. Qəşəng idi (bunu azərbaycanda deyir). Bakı da xoşuma gəldi.

 

- Gözlənilirdi ki, asan qələbə qazanacaqsınız. Ancaq yalnız 1:0 hesablı qələbə oldu, özü də çətinliklə odlu. Azərbaycan yığması sizi nəylə təəccübləndirdi? Nəyi gözləyridiniz, nəyi gördünüz?

- Burda oynamaq çox çətin idi. Bu oyunda bir az bəxtimiz gəıtirid. Matçın sonunda gərginlik vardı. Rəqib çox kombinasiyalar yaradırdı. Təzyiqin qarşısınıda dözməyə çalışdıq. Bu, komandanın keyfiyyəti baxımından çox vacibdi. 

 

- Sizcə, oyunun ədalətli nəticə heç-heçə deyildimi?

- Əslində, ilk hissədə 1-dən çox qol vura bilərdik. Ancaq əbii ki, fasilədən sonra rəqib təzyiq artırdı. Heç-heçə də olsaydı, bundan razı qalmaq olardı. Ancaq rəqib qolu vura bildi, biz vurduğumuzdan meydanı 3 xalla ayrıldıq.

 

- Azərbaycan yığmaısndan hansısa bir futbolçunu fərqləndirərdiniz?

- Son 2-3 ildə fikir verirəm ki, Azərbaycan yığması çox inkişaf edib. Ümumi komanda haqda xoş fikir bildirə bilərəm. Məncə, 2-3 il də belə davam etsələr, çox inkişaf edəcək.

 

 

 

MEHMAN SÜLEYMANOV

 

12 Noyabr 2019
11 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB