TOP 10

Narkotik alverçisi olan sabiq futbolçu ABŞ-a təhvil verilir

Dünya Futbolu
Tarix: 2019-10-15 16:39

Narkotika ticarəti ilə məşğul olmaqda ittiham olunan Kolumbiya milli komandasının keçmiş üzvü Con Viafara ABŞ-a ekstradisiya olunacaq. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kolumbiyanın ədliyyə naziri Marqarita Kabella məlumat yayıb. 


Kabella, 27 sentyabrda qəbul olunmuş qərara görə, Conun ABŞ-a təhvil veriləcəyini bildirib.


Viafara mart ayında ABŞ-da narkotika istifadəsi və ticarəti ilə məşğul olmaqda ittiham olunaraq saxlanılmışdı.


Karyerası ərzində “Portsmut”, “Sauthempton” və “Real Sosyedad” kimi klublarda forma geyinən Viafara, 2015-ci ildə karyerasını bitirib. Keçmiş yarımmüdafiəçi 43 dəfə də Kolumbiya milli komandasının şərəfini qoruyub.

12 Noyabr 2019
11 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB